"Tesla", 2019-cu ildə təqdim etdiyi, lakin uzun müddət gecikdirilən elektrik yük maşını "Cybertruck"un Texasdakı istehsal xəttindən çıxdığını açıqladı.
İndex.az xəbər verir ki, Amerikanın "Electrek" xəbər saytının hesabatına görə, "Cybertruck" 2022-ci ilin noyabrına qədər 1,5 milyondan çox sifariş alıb.
3 fərqli modeldə istehsal edilən elektriklə işləyən pikapın qiymətinin 50 min dollardan başlayacağı gözlənilir.
"Tesla" CEO-su İlon Mask ilk dəfə 2019-cu ildə "Cybertruck"u təqdim etmişdi.
Lakin avtomobil istehsalı dəfələrlə təxirə salınmışdı.
