"Tesla" Çində "Model S" və "Model X" elektrik avtomobillərinin qiymətlərini xeyli artırıb.
İndex.az xəbər verir ki, "Tesla", bir neçə gün əvvəl digər avtomobillərindəki qiymət artımından sonra bu gün Çində "Model S" və "Model X" avtomobillərinin də qiymətini artırıb.
Ötən gün dərc etdiyimiz xəbərdə "Tesla"nın ABŞ, Çin, Kanada və Yaponiyada "Model 3" və "Model Y" avtomobillərinin qiymətlərində kiçik miqyaslı artım etdiyini bildirmişdik.
İndi isə Çində edilən qiymət artımı daha böyükdür.
Belə ki, "Model S" və "Model X" avtomobillərinin qiymətləri 2 494 dollar (19 000 yuan) artırılıb.
Qiymət artımı müxtəlif konfiqurasiyalı avtomobillərə də şamil edilib.
