Avropa Mərkəzi Bankı (AMB) yay aylarında yüksək temperaturun inflyasiya üzərində yuxarı istiqamətli təzyiqlərə səbəb ola biləcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, iqtisadçılar yay dövründə yüksək temperaturun xüsusilə bu böyük iqtisadiyyatlarda ərzaq inflyasiyasına artan təsir göstərdiyini müəyyən ediblər.

Orta aylıq temperaturun 1 dərəcə artması növbəti ildə ərzaq inflyasiyasının təxminən 0,1-0,2 bənd artmasına səbəb olub.

Fransa, İtaliya və İspaniyada istinin təsirinin Almaniyadan daha çox olduğu diqqəti cəlb edib.