Bu gün ABŞ-da açıqlanacaq kritik inflyasiya məlumatlarından əvvəl qurumlar dollar proqnozlarını paylaşıb.
İndex.az xəbər verir ki, UBS önümüzdəki aylarda dollarda eniş gözlədiyi halda, "TD Securities" dolların kəskin şəkildə yüksələcəyini bildirib.
Keçən həftə açıqlanan və proqnozlardan daha güclü olan qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatlarından sonra dollar yüksəlişini saxlamaqda çətinlik çəkdi.
"UBS Global Wealth Management"in CEO-su Solita Marselli qeyd edib ki, ABŞ-da artım və faiz dərəcələri önümüzdəki aylarda dünyanın digər hissələri ilə müqayisədə azalacaq və bu səbəbdən önümüzdəki aylarda dolların dəyərdən düşəcək.
"TD Securities"də Mark Mkkormikin başçılıq etdiyi analitiklər isə dolların ucuzlaşma prosesinin qısa müddətdə dayanacağını və kəskin sürətdə yüksəlişə keçəcəyini bildiriblər.
