Tayvanın Kənd Təsərrüfatı Nazirliyi ölkədəki iquana populyasiyası ilə bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, açıqlamada ölkənin cənub və mərkəzi bölgələrində iquana populyasiyasında artım olduğu bildirilib.

Açıqlamada, çörək pulunu əkinçiliklə təmin edən bölgədə iquanaların məhsula mənfi təsir göstərdiyi vurğulanıb və 120 mindən çox yaşıl iquaanın məhv ediləcəyi açıqlanıb.

Açıqlamada ölkə daxilində təxminən 200 min yaşıl iquaanın yaşadığı və öldürülən hər iquana üçün ödəniş ediləcəyi açıqlanıb.

Qeyd edək ki, ötən il Tayvanda 70 min iquana məhv edilib.