Tayland Mərkəzi Bankı inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini son 8 ilin ən yüksək səviyyəsinə qaldırıb.

İndex.az xəbər verir ki, Tayland Bankının Pul Siyasəti Komitəsi yekdilliklə uçot dərəcəsini 25 baza bəndi artıraraq 2%-ə çatdırıb.

Bu iqtisadçıların gözləntisi ilə üst-üstə düşüb.

Bank açıqlamasında inflyasiyanın tədricən azalmasının davam edəcəyini bildirib.