ABŞ-da iflas edən iki bankın aktivlərinin dəyəri, 2008-ci ildə iflas edən 25 bankın aktivlərinin dəyəri ilə demək olar ki, eynidir.

İndex.az xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-da ard-arda iflas edən üç bank arasından "Silicon Valley Bank"ı və "Sigature" bankının aktivlərinin dəyəri 319 milyard dollar qiymətləndirilib. Bu isə 2008-ci ildə ABŞ-da iflas edən 25 bankın aktivlərinin dəyərinə (373.6 milyard dollar) çox yaxındır.