Suriyada sabiq prezident Bəşər Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur.
İndex.az xəbər verir ki, bununla bağlı paytaxt Dəməşqdə hərbi parad keçirilib.
Paradda Suriya Prezidenti Əhməd əl-Şaraa və hökumət üzvləri iştirak edib.
Qeyd edək ki, ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rəhbərliyindəki hökumət devrilib. Beləliklə, ölkədə 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsindən sonra ölkənin siyasi-ictimai həyatında yeni səhifə açılıb.
Devrilmiş prezident Bəşər Əsəd Rusiyadan siyasi sığınacaq alıb. Suriyanın hazırkı hökuməti dəfələrlə Rusiyadan onun ekstradisiyasını tələb etsə də, müsbət cavab ala bilməyib.
Əsədin hakimiyyət dövrü vətəndaş müharibəsi, mülki əhalinin qətliamı, sürgünü, insan haqlarının kobud şəkildə pozulması, işgəncələr, ağır iqtisadi şərait, milyonlarla suriyalının öz ölkəsindən didərgin düşməsi və digər neqativ hallarla səciyyələnir.
