ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Qensler, süni intellektlə bağlı bir sıra önəmli açıqlamalar edib.

İndex.az xəbər verir ki, Qensler "Financial Times"a verdiyi müsahibəsində bildirib ki, süni intellektin on il ərzində maliyyə böhranına səbəb olması demək olar ki, qaçılmazdır.

Qensler qeyd edib ki, tənzimləyicilər süni intellekt platformalarında yaranmış maliyyə sabitliyinə görə, riskləri idarə etmək üçün tez bir yol tapmalıdırlar.

SEC sədri potensial risklərin birbaşa maliyyə bazarlarına təsir edəcəyini və süni intellektlə bağlı qaydaların formalaşdırılmasının vacib olduğunu dilə gətirib.