Kür-Bakı magistral su kəmərində qəza baş verib.

İndex.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Bildirilib ki, hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir.

“Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”, deyə “Azərsu” ASC-dən bildirilib.