ABŞ-ın "Starbucks" şəbəkəsinin qlobal satışları aprel-iyun dövründə zəifləyib.
İndex.az xəbər verir ki, "Starbucks"ın qlobal müqayisəli mağaza satışları sözügedən dövrdə 3% azalıb.
Açıqlanan məlumatlara görə, şirkətin Şimali Amerikadakı satışlarında 2%, beynəlxalq satışlarında isə 7%-lik eniş yaşanıb.
