"Stack" (STX) ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən təsdiqlənmiş bir token kimi diqqəti cəlb etməyi bacardı.

İndex.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kriptovalyuta birjalarına müharibə elan etsə də, komissiya "Stack" (STX) kriprovalyutasını qiymətli kağız adlandırıb.

"Bitcoin" qiymətinin artması ilə BTC üzərində qurulmuş ağıllı müqavilə təbəqəsi olan "Stack"ın (STX) qiyməti ardıcıl iki gündür artır.

BTC-də azalmanın altkoinlərə əks olunması daha yüksək sürətlə baş verdi.

Bir çox altkoinlərdə 20%-ə yaxın azalma müşahidə edilsə də, SEC tərəfindən təsdiqlənən yeganə kriptovalyuta olan "Stack" iki gündə 30% dəyər qazandı.

Bazarda bu cür geri çəkilmələrə baxmayaraq, partlayan kripto pul indi investorların dilindən düşmür.