Enerji, maliyyə və rabitə sektorlarında xidmət göstərən "SoftBank Group", 2022-ci maliyyə ili üçün əhatəli büdcə məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, "SoftBank"ın etdiyi açıqlamaya görə, şirkət 2022-ci maliyyə ilini 7,2 milyard dollar xalis zərər ilə tamamlayıb.
Bununla da şirkət ardıcıl ikinci ilini də zərər ilə başa vurub.
Açıqlamada bildirilib ki, ötən ilki zərərə nisbətən bu il 43% daha az zərər edilib.
Sözügedən maliyyə ilində şirkətin satış gəlirləri 5,6% artaraq 48,7 milyard dollara çatıb.
"SoftBank"ın əsas diqqətini yönəltdiyi süni intellekti “Vision Fund”dan qaynaqlanan investisiya itkilərinin xalis zərərdə təsirli olduğu bildirilib.
