Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 82,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 1,6 milyon ABŞ dolları və yaxud 2 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
