SOCAR “Azəriqaz” İB rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.

17 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.