Ticarət debitor borclarının sığortası sahəsində fəaliyyət göstərən "Allianz Trade"nin qlobal ticarət maliyyəsi kəsiri ilə bağlı araşdırması dərc olunub.
İndex.az xəbər verir ki, "Allianz Trade"in araşdırmasına görə, şirkətlərin dövriyyə kapitalına ehtiyacı qlobal miqyasda 2022-ci ilin 72 günlük dövriyyə səviyyəsinə çatıb.
Bu isə son 15 ilin ən böyük artımıdır.
"Allianz Trade"dən bildirilib ki, şirkətlər bu il sürətli şəkildə debitor borclarını yığmağa çalışacaqlar.
Aparılan araşdırmada məlum olub ki, şirkətlərin ödəmə problemləri 2023-cü ildə də davam edəcək və ödənişlərdəki gecikmələr səbəbiylə 30 trilyon dollarlıq likvidlik kəsri bağlanmayacaq.
