Bu ilin yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163,658 milyon manat sığorta haqqı toplanılıb.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 47,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,8 % çoxdur.
Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,1 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 27,9 manat olub.
