"Signature Bank"ın kredit portfelinin marketinq prosesinin gedişatı haqqında yeni məlumatlar açıqlanıb.

İndex.az xəbər verir ki, ABŞ "Federal Əmanətlərin Sığortalanması Korporasiyası" (FDIC) yayın sonuna qədər müflis olan "Signature Bank"ın 60 milyard dollara yaxın kredit portfelinin marketinqinə başlamağı planlaşdırdığını bildirib.

Açıqlamada, portfelin əsasən daşınmaz əmlak kommersiyası, (CRE) kommersiya kreditləri və daha kiçik yaşayış kreditlərindən ibarət olduğu bildirilib.