Alman texnologiya nəhəngi "Siemens" və Amerikanın proqram təminatı nəhəngi "Microsoft", əməkdaşlığı artırmaq üçün süni intellektdən istifadə layihəsi üzərində razılığa gəliblər.

İndex.az xəbər verir ki, "Siemens"in "Industrial Co-Pilot Proqramı" iki şirkətin istehsal, nəqliyyat və səhiyyə sektorlarında məhsuldar süni intellektdən istifadə etmək üçün birlikdə çalışmağına şərait yaradacaq.

Alman avtomobil təchizatçısı "Schaeffler" də "Siemens"in "Industrial Co-Pilot Proqramı"na daxil olan şirkətlər arasındadır.