Türk musiqisinin sevilən adlarından olan Sibel Can yeni dünyaya gələn nəvəsi üçün Etilerdə təxminən 2 milyon dollar dəyərində lüks mənzil alıb.

İndex.az xəbər verir ki, məşhur sənətçi bu səxavətli jesti ilə böyük marağa səbəb olub.


Qeyd edək ki, 2022-ci ildə Bodrumda möhtəşəm toyla evlənən Engincan Ural və Merve Kaya keçən oktyabr ayında ilk körpələrini dünyaya gətirib.