"Shell" 2023-cü ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, "Shell" bu ilin 3-cü rübündə 6,2 milyard dollar mənfəət əldə edib.
Buna baxmayaraq şirkət növbəti üç ayda 3,5 milyard dollarlıq səhm geri alacağını açıqladı.
Qeyd edək ki, "Shell" cari ilin 2-ci rübündə 5,07 milyard dollar mənfəət əldə etmişdi.
Yüksək neft qiymətləri və emal marjaları şirkətin 3 ay ərzində 1,15 milyard dollarlıq artımına səbəb olub.
