Səudiyyə Ərəbistanı ilə Qazaxıstan arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb.
İndex.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan məlumata görə, enerji naziri Əbdüləziz bin Selman paytaxt Ər-Riyadda qazaxıstanlı həmkarı Almasadam Satkaliyev ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında enerji sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş çərçivəsində Bin Selman və Satkaliyev enerji sahəsində anlaşma memorandumu imzalayıblar.
Bununla yanaşı Bin Selman və Satkaliyev dünya enerji bazarında baş verənləri də müzakirə ediblər.
