Səudiyyə Ərəbistanının "Midad Energy" şirkəti "Lukoyl"un aktivlərinin alınmasına dair müqavilə imzalayıb, lakin sövdələşmə ABŞ Maliyyə Nazirliyinin razılığından asılıdır.
İndex.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, bu addım Rusiyanın energetika nəhənginin Qərb sanksiyaları səbəbindən çətinliklərlə üzləşən xarici aktivlərini satmaq cəhdlərinin davamı olduğunu göstərir. Eyni zamanda, bu, Yaxın Şərqin qlobal neft və neft emalı aktivlərini endirimlə əldə etməyə artan marağını vurğulayır, hərçənd bu cür sövdələşmələr hələ də tənzimləyici orqanlar tərəfindən ciddi nəzarətə və geosiyasi risklərə məruz qalır.
"Midad" normativ tələblərə zəruri uyğunluğun təmin edilməsi üzərində işləyir. Bu təklif güclü siyasi əlaqələrlə dəstəklənən və yüksək riskli bir addım kimi qiymətləndirilir", - deyə nəşr bildirib.
