Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirdiyi gündəlik 1 milyon barel neft hasilatının könüllü azaldılmasını ilin sonuna qədər davam etdirəcək.

İndex.az xəbər verir ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirdiyi könüllü gündəlik 1 milyon barrel neft hasilatını dekabrın sonuna qədər davam etdirəcəyi bildirilib.

Xatırladaq ki, bu məbləğ Səudiyyə Ərəbistanının aprel ayında açıqladığı 2024-cü ilin dekabrına qədər gündəlik neft hasilatını 500 min barel azaltmaqla bağlı qərarına əlavədir.

Noyabr və dekabr aylarında ediləcək ixtisarlarla Səudiyyə Ərəbistanının gündəlik neft hasilatının təqribən 9 milyon barel olacağı və gələn ay azalmaların miqdarına yenidən baxılacağı bildirilib.