Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda banklar tərəfindən verilən kreditlərin ümumi həcmi 18 milyard 98 milyon 276 min manat olub.

İndex.az  Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, verilən kreditlərin 77,8%-i və ya 14 milyard 75 milyon 65 min manatı paytaxt Bakının payına düşüb.

Bakıdan sonra ən çox kredit Abşeron-Xızı iqtisadi rayonunda (Abşeron, Xızı rayonları və Sumqayıt şəhəri) verilib.  Bu rayonlarda 688 milyon 806 min manat kredit verilib.

İyun ayının əvvəlinə olan məlumata görə Şərqi Zəngəzur iqtisadi rayonuna kredit verilməyib.

İqtisadi rayonlar üzrə verilən kredit və orta faiz dərəcələri aşağıdakı kimi olub:

İqtisadi rayonlar Rayon və şəhərlər Verilən kredit Faiz dərəcəsi
Bakı Bakı 14 075 065 azn 10,44 %
Naxçıvan

Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları

282 219 12,98
Abşeron–Xızı

Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları

688 806 azn 15,29 %
Dağlıq Şirvan

Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları

112 029 azn 19,7 %
Gəncə–Daşkəsən

Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları

541 070 azn 16,4 %
Qarabağ

Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları

287 722 azn 18,95 %
Qazax–Tovuz

Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları

300 456 azn 18,47 %
Quba–Xaçmaz

Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları

307 878 azn 16,89 %
Lənkəran–Astara

Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları

391 140 azn 18,79 %
Mərkəzi Aran

Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları

352 573 azn 18,33 %
Mil–Muğan

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları

184 570 azn 19,24 %
Şəki–Zaqatala

Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları

296 603 azn 16,76 %
Şərqi Zəngəzur

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları

- -
Şirvan–Salyan

Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları

278 147 azn 19,07 %