Yaponiyanın oyun nəhəngi "Sega", "Rovio"nu 775 milyon dollara satın alır.

İndex.az xəbər verir ki, bu satınalma ilə "Sega", öz mövcud oyunlarının inkişafını sürətləndirməyi və 2026-cı ilə qədər 263 milyard dollara çatacağı gözlənilən oyun bazarında daha böyük bir pay almağı hədəfləyir.

Alış-verişin nəğd şəkildə həyata keçiriləcəyi açıqlanıb.

2017-ci ildə birjaya çıxan "Rovio"nun dəyəri qısa müddətdə 1 milyard dollara çatmışdı. Lakin sonrakı illərdə şirkətin səhmləri dəyərinin təxminən yarısına qədər düşdü.

Qeyd edək ki, oyun bazarının 2026-cı ilə qədər 263 milyard dollara çatacağı bildirilir. Bu bazarın 56%-ni mobil oyunların tutması gözlənilir.

Bir sözlə, imzalanmış razılaşma həm "Angry Birds"dən sonra heç bir yenilik etməyən "Rovio"ya, həm də mobil oyun bazarını ələ keçirmək istəyən "Sega"ya müsbət təsir edəcək.