Ukrayna Azərbaycan Energetika Nazirliyi və Xarici İşlər Nazirliyinə humanitar yardıma görə təşəkkürünü bildirib.

İndex.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.

"Biz çox minnətdarıq və Azərbaycanın enerji sistemimizin bərpasında dəstəyini heç vaxt unutmayacağıq", - səfir vurğulayıb.