ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) "Wall Street"in şəxsi mesajlaşma proqramlarından istifadə etməsi ilə bağlı araşdırmsıa çərçivəsində bir çox böyük investisiya şirkətinin minlərlə əməkdaşının şəxsi mesajlarını topladığı iddia edilib.

İndex.az xəbər verir ki, SEC, "Blackstone", "Apollo Global Management", "Carlyle Group" və "Carlyle Group" kimi şirkətlərin işçilərinin şəxsi cihazları və ya tətbiqləri vasitəsilə göndərilən mesajları araşdırır.

Yayılan məlumata görə, SEC şirkətlərdən broker firmalarındakı işçilərə qarşı əvvəlki araşdırmalarda işçi mesajları ilə bağlı quruma rəy bildirmələrini istəyib.

Digər tərəfdən, sözügedən şirkət və SEC nümayəndələri məsələ ilə bağlı "Reuters"ə şərh verməkdən imtina ediblər.