ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Qari Genslerin "Bitcoin"i əmtəə olaraq xarakterizə etməkdən çəkinməsi gərginliyə səbəb olub.

İndex.az xəbər verir ki, Komitənin sədri respublikaçı deputat Patrik Makhenri Gensleri sərt şəkildə tənqid edərək, SEC-in yeni qayda yaratmaq üçün kriptovalyutaya belə yanaşmasının maliyyə bazarlarının bütövlüyünü və investorları riskə atdığını iddia etdi.

Təklif olunan qaydaların və onların bir-biri ilə qarşılıqlı əlaqələrinin hərtərəfli iqtisadi təhlilinə ehtiyac olduğuna diqqət çəkən Makhenri, Komitənin fevral ayında sənəd tələb etməsindən sonra SEC-dən heç bir rəsmi sənəd almadıqlarını söylədi.

Kriptovalyuta sənayesinə dəstəkçi yanaşması ilə tanınan konqresmen Tom Emmer Gensler haqqında sərt açıqlamalar verərək, Genslerin kripto sənayesinə hücum etdiyini, bununla yanaşı öz istəkləri və şəxsi məqsədləri istiqamətində rəqabət sənayesinə zərər verdiyini iddia edib.