ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) "Coinbase"ə qarşı hüquqi tədbirlər görməzdən əvvəl "Bitcoin"dən başqa bütün kriptovalyutaların ticarətini dayandırmağı tələb etdiyi iddia edilib.
İndex.az xəbər verir ki, "Financial Times"ın dərc etdiyi hesabata görə, SEC San Fransiskoda yerləşən kriptovalyuta birjası "Coinbase"ə qarşı qanuni tədbir görmədən əvvəl "Ethereum" da daxil olmaqla bütün kriptovalyuta ticarətini dayandırmasını tələb etdiyi bildirilib.
SEC iddia edir ki, "Coinbase" 2019-cu ildən bəri "stake" proqramı vasitəsilə qeydiyyatdan keçməmiş qiymətli kağızların alqı-satqısına icazə verib.
SEC SOL, ADA, MATIC, FIL, SAND, AXS, CHZ, FLOW, ICP, NEAR, VGX, DASH və NEXO daxil olmaqla "Coinbase"də qiymətli kağız kimi satılan 13 kiçik kriptovalyutanı müəyyən edib.
