Dünyanın ən böyük yaddaş çipi, smartfon və televizor istehsalçısı olan "Samsung", sabah üçüncü rübün nəticələrini açıqlayacaq.
İndex.az xəbər verir ki, "Samsung" xüsusilə yarımkeçiricilər sahəsində ciddi azalma səbəbindən gəlir itkiləri ilə mübarizə aparan şirkətin 3-cü rübdə də itkilərinin böyük olacağı bildirilib.
Digər tərəfdən, "SmartEstimate"in 19 analitikinin hesablamalarına görə, iyul-sentyabr rübündə "Samsung"un əməliyyat mənfəəti 1,56 milyard dollara düşəcək.
Bu rəqəm ötən ilin eyni rübündə 8,05 milyard dollar səviyyəsində idi.
