"Samsung" 2023-cü ilin üçüncü rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, "Samsung" 2023-cü ilin üçüncü rübü üçün 49,9 milyard dollar gəlir əldə etdiyini bildirib.

Bu da ikinci rüblə müqayisədə 12%-lik artım deməkdir.

Şirkət həmçinin 1,80 milyard dollar mənfəət əldə edib ki, bu da 2022-ci ilin eyni dövründə əldə etdiyi 7,6 milyard dollar xalis gəlirin üçdə birini təşkil edir.

"Samsung",mobil və şəbəkə biznesindən 22,17 milyard dollar gəlir və 2,44 milyard dollar əməliyyat mənfəəti əldə etdiyini qeyd edib.