"Samsung" 2024-cü ilin üçüncü rübündə mənfəətinin gözləntilərdən aşağı olacağını açıqladı.

İndex.az xəbər verir ki, şirkət son zamanlar yaşadığı eniş üçün üzr istəyib.

Qeyd etmək lazımdır ki, bu cür üzrxahlıqlar texnoloji dünyada olduqca nadirdir.

Bu, şirkətin üzləşdiyi çətinlikləri açıq şəkildə vurğulayır.

"Samsung" vitse-prezidenti Yun Yonqhyun bildririb ki, bazar gözləntilərindən aşağı performansın əsas texnoloji rəqabət qabiliyyəti və şirkətin gələcəyi ilə bağlı narahatlıqları artırır.