Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Samsung", gənc istedadları şirkət daxilində saxlamaq üçün Cənubi Koreyada çevik iş rejiminə keçəcəyini açıqladı.
İndex.az xəbər verir ki, "Samsung" Cənubi Koreyadakı işçilərinə həftədə 40 saatdan çox işlədikləri təqdirdə hər ay cümə günlərindən birində istirahət etməyə icazə verəcəyini açıqladı.
Şirkət sözçüsü bildirib ki, gələn həftədən etibarən zavodda olmayan, tam ştatlı işçilər maaşlarını alarkən istirahət edə biləcəklər.
"Samsung"un bu addımı yerli rəqib "SK Hynix"in keçən il oxşar çevik iş təcrübəsinə keçməsindən sonra baş verib.
Digər Cənubi Koreya texnologiya firmaları, o cümlədən məşhur sosial platforma "Kakao", pandemiyadan sonra daha çevik iş tənzimləmələri tətbiq etdi.
