Keçmiş Maliyyə Naziri iqtisadiyyatla bağlı bir sıra xəbərdarlıqlar edib.
İndex.az xəbər verir ki, Sinqapurda keçirilən "Caixin Asia New Vision" forumunda iştirak edən ABŞ-ın keçmiş Maliyyə Naziri Lourens Sammers, 6-12 ay əvvəl olduğu qədər olmasa da, ABŞ iqtisadiyyatında hələ də problemlərin olduğunu qeyd edib.
ABŞ-ın bu gün 4,5-5%-lik inflyasiya ilə mübarizə apardığını söyləyən Sammers, "Covid-19" epidemiyasından sonra problemlərin hələ də qaldığını dilə gətirib .
Sammers qeyd edib ki, inflyasiyanın asta-asta azalacağına ümid var. Lakin keçmiş təcrübələr bunun əksini göstərir.
Sammersin fikrincə, kommersiya daşınmaz əmlak sektoru problem yaşanacaq sahələrdən biri olacaq.
