ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammers bir sıra açıqlamaları ilə gündəmə gəlib.
İndex.az xəbər verir ki, "Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu"nda çıxış edən keçmiş Maliyyə Naziri və "Harvard Universiteti"nin professoru Lourens Sammers hesab edir ki, ABŞ iqtisadiyyatı davamlı inflyasiya problemi və sürətlə artan dövlət borcu ilə mübarizə apararkən, ABŞ-da uçot dərəcələri qısa müddətdə artacaq.
Bunun nəticəsində isə, ABŞ vergiləri uzunmüddətli perspektivdə əhəmiyyətli dərəcədə yüksələcək.
Sammers bununla yanaşı ABŞ-ın 4,5%-dən 5%-dək əsas inflyasiya nisbətində ilişib qaldığını və bunun FED-in 2%-lik hədəfindən iki dəfə çox olduğunu söylədi.
