Fevral ayının 15-də saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
İndex.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.
