Rusiyanın neft və təbii qazdan əldə etdiyi büdcə gəlirləri artıb.

İndex.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi bu ilin yanvar-iyul aylarında neft və təbii qazdan əldə olunan büdcə gəlirlərinin 2023-cü ilin eyni dövrü ilə müqayisədə 61,6% artaraq 6,8 trilyon rubla (təxminən 79,3 milyard dollar) çatdığını bildirib.

Açıqlamada, ilin ilk 7 ayında qeyri-neft və təbii qaz gəlirlərinin ötən illə müqayisədə 25,5% artaraq 12,9 trilyon rubla çatdığı qeyd olunub.

Sözügedən dövrdə büdcənin ümumi gəlirlərinin 35,9% artaraq 19,7 trilyon rubl olduğu, büdcədə isə 1,3 trilyon rubl kəsir olduğu bildirilib.