Rusiyanın dəniz yolu ilə xam neft ixracı hasilatın azaldılması planına baxmayaraq yeni bir zirvəyə çatdı.

İndex.az xəbər verir ki, Rusiya xam neft ixracının ümumi həcmi ötən həftə gündəlik 1 milyon barel artaraq 4,13 milyona çatıb.

Bununla da, Rusiyanın dəniz yolu ilə neft ixracı iyun ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Rusiya, G7 ölkələrinin baza qiymət tətbiqinə cavab olaraq gündəlik neft hasilatını 500 min barel azaldacağını açıqlamışdı.

Almaniyaya neft ixracı 2022-ci ilin sonunda dayandırıldı və Polşaya ixrac gündə təxminən 60 min barel azaldıldı.

Lakin digər tərəfdən Çin, Hindistan və Türkiyə üzərindən müxtəlif bölgələrə neft ixracı 3,29 milyon barelə çatıb.

Rusiyanın Türkiyəyə neft ixracatı geridə qalan 4 həftədə gündəlik 162 min barellə son 5 həftənin ən yüksək səviyyəsinə yüksəlib.