Rusiyanın beynəlxalq ehtiyatları sentyabr ayında kəskin azalıb.
İndex.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, Rusiyanın beynəlxalq ehtiyatları sentyabr ayında avqust ayına nəzərən 12,6 milyard dollar azalaraq 569 milyard dollara düşüb.
Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan valyuta, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.
Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurmuşdu.
