Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla bəzi əcnəbilərin Rusiyada yaşamaq icazəsi alması prosesi sadələşdirilib.
İndex.az xəbər verir ki, Putin ənənəvi dəyərləri dəstəkləyən və neoliberal dəyərlərə qarşı çıxan əcnəbilərin Rusiyada yaşamaq icazəsi almasını asanlaşdırıb.
Neoliberal dəyərlərə qarşı çıxan insanların yaşayış icazəsi alması asanlaşsa da, bu əcnəbilər rus dili, rus tarixi və qanunlarını əhatə edən imtahanlardan azad olunacaqlar.
Fərmana əsasən, Rusiya hökuməti öz vətəndaşlarına dağıdıcı neoliberal ideyaların tətbiq edildiyi ölkələrin siyahısını da hazırlayacaq.
