Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb.

İndex.az xəbər verir ki, buzun üstündə hərəkət edən UAZ mikroavtobusu buzun altına gedib və göldə batıb.

Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib.

UAZ Çindən ekskursiyaya gələn turistləri daşıyırmış. Sürücü göldəki çatı hiss etməyib və nəqliyyat vasitəsi buzun altına gedib.

BAZA-nın məlumatına görə, nəqliyyat vasitəsindəki doqquz nəfərdən yalnız biri turist xilas ola bilib. İlkin məlumata görə, yerli sürücü və yeddi Çin vətəndaşı ölüb.