Rusiya prezidenti Vladimir Putin rublun ucuzlaşması ilə əlaqədar ölkədə əsas ixracatçılara xarici valyuta satmaq öhdəliyini yenidən tətbiq edib.
İndex.az xəbər verir ki, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satıb və bəzi rəsmi qurumlar bu şirkətlərin valyuta satış prosesinə nəzarət edib.
Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov bildirib ki, bu tədbirlərin əsas məqsədi valyuta bazarının şəffaflığını və proqnozlaşdırılmasını asanlaşdıraraq artırmaq, bununla yanaşı valyuta spekulyasiyası imkanlarını azaltmaqdır.
Ukrayna müharibəsindən sonra Rusiyadakı şirkətlərə valyuta satmaq öhdəliyi bir müddət sonra ləğv edilib.
Lakin bu il rublun dollar qarşısında dəyərini 25%-dən çox itirməsindən sonra onun yenidən həyata keçirilməsi gündəmə gətirilib.
