Rusiya Mərkəzi Bankı rubla təzyiqin davam etməsi fonunda keçən aykı fövqəladə artımdan sonra növbəti faiz artımını həyata keçirib.
İndex.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı növbəti iclasında uçot dərəcəsini 12%-dən 13%-ə qaldırıb.
İqtisadçıların əksəriyyəti belə bir artımı nəzərdə tutmasa da, pul bazarlarında 100 baz bəndlik faiz artımı qiymətləndirilirdi.
Rusiya Mərkəzi Bankının açıqlamasında bildirilir ki, uçot dərəcəsinin daha da artırılması ehtiyacı qarşıdakı görüşlərdə qiymətləndiriləcək.
"Ciddi inflyasiya riskləri çoxalıb. Daxili tələbin artımı istehsal gücünü üstələyir və yayda rublun ucuzlaşması inflyasiya risklərini artırır".
