Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində azı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
İndex.az xəbər verir ki, bunu şəhər meri Vitali Kliçko deyib.
Onun sözlərinə görə, xəsarət alanlar arasında 6 uşaq da var: “Paytaxtda iki nəfər ölüb, 54 sakin isə xəsarət alıb. Yaralıların 38-i, o cümlədən 6 uşaq xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə köməklik göstərilib”.
