Rusiya Mərkəzi Bankının sədr müavini Aleksey Zabotkin, kapitala nəzarətin qısa müddətdə məzənnə dəyişkənliyini azalda biləcəyini bildirib.
İndex.az xəbər verir ki, Zabotkinin sözlərinə görə, bu dəyişikliklər xarici iqtisadi fəaliyyətləri çətinləşdirə bilər.
Rusiya Mərkəzi Bankının sədr müavini Aleksey Zabotkin Rusiyanın İnterfaks xəbər agentliyinə verdiyi açıqlamada Rusiya Mərkəzi Bankının monetar siyasətini və ölkəsindəki əsas ixracatçılara valyuta satışı öhdəliyinin yenidən tətbiqini qiymətləndirib.
Rusiya Mərkəzi Bankının oktyabrın 27-də keçiriləcək iclasda uçot dərəcəsi ilə bağlı müxtəlif variantları qiymətləndirəcəyini bildirən Zabotkin, faiz artımının məqsədəuyğun olub-olmadığını qiymətləndirəcək.
Zabotkin bəzi ixracatçı şirkətlərin xarici valyuta satma öhdəliyinin məzənnədəki dəyişkənliyi azalda biləcəyinə diqqət çəkib:
"Kapital hərəkətlərinin məhdudlaşdırılması ilə bağlı bəzi tədbirlərin məzənnədəki qısamüddətli dəyişkənliyi müəyyən qədər azaltma ehtimalı var. Lakin unutmaq olmaz ki, bunlar xarici iqtisadi fəaliyyətləri çətinləşdirə bilər”.
