Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada, 28 noyabrda daxili bazarda dayandırılan valyuta alışları ilə bağlı yeni qərar yer alıb.
İndex.az xəbər verir ki, müvafiq olaraq, bank büdcə qaydaları çərçivəsində yanvarın 9-dan etibarən alışlara yenidən başlayacaq.
Noyabrın 27-də rubl dollar qarşısında dəyərini 8,5 faizdən çox itirib və dollar/rubl pariteti 114,5-ə yüksəlib.
Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasını dayandırmaq üçün valyuta alışını dayandırmaq qərarına gəlib.
