Azərbaycan hökuməti 2026-cı ildə ölkənin beynəlxalq və ikitərəfli investisiya fondlarında payının ödənilməsi üçün 100 milyon manat ayıracaq.

İndex.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulub.

Sənədə əsasən, bu vəsaitlər belə fondların kapitalında Azərbaycanın payının ödənilməsinə yönəldiləcək.

Hazırda Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla ikitərəfli investisiya fondları və inkişaf fondları fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan və Oman 2025-ci ildə ikitərəfli Birbaşa İnvestisiya Fondunun yaradılması barədə razılaşıb.

Azərbaycan Türk İnvestisiya Fondunun üzvüdür.