Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 16%-dən 15,5%-ə endirib.

İndex.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının yaydığı press-relizdə bildirib.

“Yanvar ayında qiymət artımı birdəfəlik amillər səbəbindən əhəmiyyətli dərəcədə sürətlənib. Lakin Rusiya Bankı cari qiymət artımının davamlı göstəricilərinin əhəmiyyətli dərəcədə dəyişmədiyini təxmin edir", - deyə tənzimləyici mətbuat açıqlamasında qeyd olunub.
Qeyd edək ki, bu, ardıcıl altıncı uçot dərəcəsi endirimidir. Uçot dərəcəsi sonuncu dəfə 2025-ci ilin dekabr ayında eyni miqdarda (16,5%-dən 16%-ə) endirilmişdi.

Bundan əvvəl Mərkəzi Bank uçot dərəcəsini 2025-ci ilin iyun ayında 21%-dən 20%-ə, iyulda 18%-ə, sentyabrda 17%-ə və oktyabrda 16,5%-ə endirib.