Qazaxıstanda 2026-cı ildə sənaye sahəsində 3,5 milyard dollar dəyərində təxminən 200 yeni layihə işə salınacaq.

İndex.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri ölkənin Sənaye və Tikinti Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, layihələr arasında mineral gübrələrin istehsalı, yük avtomobilləri və yol-tikinti texnikası və s. var.

Məlumata görə, layihələrin həyata keçirilməsi təxminən 19,4 min daimi iş yerinin açılmasına imkan verəcək.

"Bütün layihələr tam gücünə çatdıqda onların istehsal həcmi təxminən 2,3 trilyon tengə təşkil edəcək, o cümlədən 0,5 trilyon tengəlik məhsulun ixracı, 1,5 trilyon tengəlik idxalın isə əvəzlənməsi planlaşdırılır", - nazirlikdən bildirilib.

Qeyd edilib ki, 2026-cı ildə sənaye sahəsində rəqəmsallaşma üzrə normativ baza formalaşdırılacaq, 2027-ci ildən isə sənaye müəssisələri üçün rəqəmsal əkizlər məcburi standart olacaq.

Bildirilib ki, növbəti mərhələ geoloji-kəşfiyyat işlərində "Big Data" və süni intellektin tətbiqi olacaq.